İsraildən yeni addım: Minlərlə silah mülki şəxslərə paylanacaq

İsraildən yeni addım: Minlərlə silah mülki şəxslərə paylanacaq
DÜNYA
13:03 10.10.2023
253
Müharibə şəraitində olan İsraildən yeni bir addım gəlib.

AZXEBER.COM xəbər verir ki, Yaxın Şərqdə gərginlik günü-gündən artır.

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-si səhər saatlarında İsrailə "Əqsa tufanı” adlı hücuma keçib və İsrailin cavab tədbirləri nəticəsində bölgədə ölən və yaralananların sayı açıqlanıb. 

Bölgədə qarşıdurmalar davam edərkən, İsrail rəhbərliyi diqqətçəkən bir qərar verib. İsrail rəsmiləri İsrail sərhədlərində yəhudi və ərəblərin birlikdə yaşadığı bölgələrdə könüllü vətəndaşlara tüfəng və silah paylanacağını açıqlayıb.

Milli təhlükəsizlik naziri Ben-Qvir açıqlama verib. Ben-Qvir sərhəd yaxınlığında yaşayan könüllülərə minlərlə silah paylanacağını bildirib. Sosial mediada açıqlama verən Ben-Qvir deyib:

"İlk mərhələdə 4 min nəfərə İsrail istehsalı silahlar paylanacaq, daha sonra isə ən azı 6 min əlavə silah veriləcək. Könüllülərə dəbilqə və gülləkeçirməz gödəkçələr də veriləcək”.

Ayşən
OXŞAR XƏBƏRLƏR