İsrailə qarşı nüvə blokadası başlayır: Türkiyə hərəkətə keçdi

İsrailə qarşı nüvə blokadası başlayır: Türkiyə hərəkətə keçdi
DÜNYA
15:48 17.11.2023
544
Türkiyə İsrailin "Qəzzaya nüvə bombası atacağıq” təhdidindən sonra hərəkətə keçəcək. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailin baş naziri Benyamin Netanyahuya yenidən bu mövzuda İsrailə qarşı atılacaq addımlara diqqət çəkib: "Atom bombanız var, nüvə bombanız var və bununla dünyanı hədələyirsiniz”.

Oktyabrın 7-dən etibarən Qəzzaya hücumlar həyata keçirən İsrailin İrs naziri Amihai Eliyahunun Qəzzaya nüvə bombası atıla biləcəyini deməsindən sonra beynəlxalq ictimaiyyətin susması nüvə silahı ilə bağlı ikili standartları da ortaya qoyub.

Rusiya Prezidenti Vladimir Putinin Rusiya-Ukrayna müharibəsi zamanı Rusiya dövlətinin varlığına təhlükə yaranarsa, nüvə silahından istifadə edəcəklərini deməsi nəticəsində dünya ayağa qalxsa da, İsraillə bağlı reaksiyasız qalmaları diqqət çəkib.

Digər tərəfdən, Türkiyənin BMT Təhlükəsizlik Şurası vasitəsilə İsraildə nüvə silahı iddialarını araşdırmaq üçün tövsiyələr verə biləcəyi gözlənilir.

Nəzrin
OXŞAR XƏBƏRLƏR