İsrailə silah aparan gəminin qarşısında qarşıdurma: 3 nəfər saxlanıldı

İsrailə silah aparan gəminin qarşısında qarşıdurma: 3 nəfər saxlanıldı
DÜNYA
13:26 04.11.2023
203
ABŞ-ın Kaliforniya ştatında onlarla insan İsrailə silah apardığını iddia etdikləri hərbi gəminin qarşısını almağa çalışıb.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, nümayiş səbəbiylə 3 nəfər saxlanılarkən, gəmi təxminən 9 saatlıq gecikmədən sonra limanı tərk edib.
 
Səhər saatlarından başlayaraq gəminin yanaşacağı Kaliforniyanın Oakland Limanına gələn onlarla insan silah daşıdığı iddia edilən hərbi gəminin qarşısına toplaşıb.
 
İsrail əleyhinə şüarlar səsləndirən nümayişçilər gəminin hərəkətinə mane olmağa çalışıblar.
 
Gəmiyə qalxmaq istəyən nümayişçilərin qarşısı gəmi personalı tərəfindən alınıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR