İsrailin Baş Qərargah rəisi casusdur? - Otağında axtarış aparıldı

İsrailin Baş Qərargah rəisi casusdur? - Otağında axtarış aparıldı
DÜNYA
00:20 06.12.2023
311
İsrailin təhlükəsizlik qrupları Baş Qərargah rəisi Herzi Halevinin üzərində dinləmə cihazı olması ilə bağlı iş otağında axtarış aparmaq istəyib. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, qeyri-adi xəbər barədə İsrailin "Kanal 13” televiziyası məlumat yayıb.

Xəbərdə Halevinin bu hadisəyə qəzəbləndiyi və zaldakılara hadisədən narazılığını ifadə etdiyj bildirilib.
 
Təhlükəsizlik məmurları sessiyaya qatılanların yanında səsyazma aparatının olmadığından əmin olmaq istədiklərini bildirib. 

Hadisənin ortaya çıxmasından sonra edilən şərhlərdə vəziyyətin baş nazir Netanyahu ilə dövlət bürokratiyası arasındakı fikir ayrılıqlarının əksi olduğu vurğulanıb. 

Mikayıl
OXŞAR XƏBƏRLƏR