İsrail Baş Qərargah rəisi Herzi Halevi İsrail qüvvələrinin Qəzza zolağında 6 aydır həyata keçirdiyi hücumlarla bağlı mətbuat konfransı keçirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrail Baş Qərargah rəisi Herzi Halevi mətbuat konfransında İsrailin Qəzza zolağına hücumları ilə bağlı açıqlama verib.
Müharibənin 6-cı ayının davam etdiyini bildirən Halevi İsrail Müdafiə Qüvvələrinin əsir razılaşması çərçivəsində atəşkəs halında döyüşə necə dönəcəyini biləcəyini və əsirlərin geri qaytarılmasının digərlərindən daha aktual bir məsələ olduğunu söyləyib.
"Biz bu müharibəni əvvəlkilərdən fərqli aparırıq. Qəzzada müharibə davam edir və biz dayandırmaq fikrində deyilik”, - deyə o bildirib.
Ayşən