İsrailin bombaladığı Səna hava limanında bütün uçuşlar təxirə salındı

İsrailin bombaladığı Səna hava limanında bütün uçuşlar təxirə salındı
DÜNYA
11:32 07.05.2025
337
Yəməndəki husilər İsrail döyüş təyyarələri tərəfindən bombardman edilən Səna Beynəlxalq Hava Limanında bütün uçuşların növbəti xəbərdarlığa qədər dayandırıldığını açıqlayıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Husilərin nəzarətində olan Səna hava limanının direktoru Xalid əl-Şaif Husilərə məxsus əl-Məsirə televiziya kanalına deyib ki, İsrail hava limanını amansızcasına bombalayıb və böyük ziyan vurub.

İsrailin hücumlarına məruz qalan hava limanına dəyən ziyana görə bütün uçuşların yeni bir xəbərə qədər dayandırıldığını qeyd edən Şaif, "İsrail Səna hava limanını 2 növ yüksək dağıdıcı gücə malik raketlə bombaladı. Uçuş zolağı 4 raketlə hədəfə alındı" deyə bildirib.

İlkin hesablamaların Səna hava limanında maddi ziyanın 500 milyon dollar civarında olduğu bildirilir.

İsrailin Səna hava limanını bombalamasına heç bir əsası olmadığını müdafiə edən Şaif, hava limanında heç bir hərbi fəaliyyətin olmadığını bildirib.

Gülay
OXŞAR XƏBƏRLƏR