İsrailin Qəzzada kabus sayılan yeraltı tunelləri dağıtmaq üçün fəlakətli plan hazırladığı ortaya çıxıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Times of Israel” qəzeti məlumat dərc edib.
İsrail HƏMAS-ın kilometrlərlə uzunluğu olan yeraltı tunellərini dəniz suyu ilə doldurmağı planlaşdırır. HƏMAS-ın yeraltı şəbəkəsinin məhv edilməsi planına görə, Aralıq dənizindən götürülən dəniz suyu tunellərə vurulacaq və bununla da fələstinlilər boğulacaq.
"Times of Israel" yazıb ki, HƏMAS-ın girovları tunellərdə gizləndiyi üçün İsrailin planla bağlı ehtiyatları var.
Xəbərə görə, planla bağlı ən böyük narahatlıq dəniz suyunun yerə zərər verməsi və binaların uçmasına səbəb olması riskidir.
Mənbə bildirib ki, HƏMAS-ın tunelləri haqqında ətraflı məlumat olmadığı üçün planın hansı nəticələr verəcəyini dəqiqləşdirmək mümkün deyil.
Qəzzada quru əməliyyatlarını genişləndirən İsrail ordusu 800-dən çox yeraltı tunel olduğunu və bəzilərini məhv etdiklərini açıqlayıb.
İsrail HƏMAS-ın tunellərinin daha çox xəstəxanalar, məktəblər və məscidlər kimi mülki ərazilərin ətrafında olduğunu iddia edir.
Qəzzadakı tunellər həm də əsas materiallara çıxış baxımından illərdir İsrail blokadası altında yaşayan fələstinlilər üçün həyat xətti rolunu oynayır.
Mikayıl