Günlərdir Qəzza zolağında İsrail qüvvələri tərəfindən saxlanılan 10 həkimdən xəbər yoxdur.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fələstin həkimlərinin ortaq İnstaqram qrupundan açıqlama verilib.
İsrail qüvvələrinin 18-23 noyabr tarixləri arasında Qəzza zolağında Şəfa xəstəxanası və İndoneziya xəstəxanasını zorla boşaltdığı xatırladılıb.
Şəfa Xəstəxanasından Direktor Məhəmməd Ebu Silmiyye ilə yanaşı, İndoneziya Xəstəxanasından Münir əl-Şahrit, Yusuf Berekat, Salih Alviye, Ekrem Ebu Avde, İyad Abid, Muhammed Ebu Ayta, Ekrem Hüseyin və Muhammed Ebu el-Cebin olduğu bildirilib.
Açıqlamada saxlanılanlar arasında diş həkimi Mumin Ebu Hudayrın da olub.
Xatırladaq ki, noyabrın 15-i səhər saatlarında İsrail ordusu Qəzzada minlərlə xəstə və köçkün mülki vətəndaşın yerləşdiyi bölgənin ən böyük səhiyyə müəssisəsi olan Şəfa xəstəxanasına basqın edib.
Mikayıl