İsrailin Fələstinə hücumlarında məhv edilən məscidlərin sayı AÇIQLANIB

İsrailin Fələstinə hücumlarında məhv edilən məscidlərin sayı AÇIQLANIB
DÜNYA
00:21 21.10.2023
272
Oktyabrın 7-dən İsrailin Qəzza zolağına etdiyi hücumlarda 9 məscidin tamamilə dağıdıldığı bildirilib. 

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, məsələ ilə bağlı Fələstin hökumətinin Qəzzadakı media təşkilatından yazılı açıqlama verilib. 

Açıqlamada İsrailin hücumları nəticəsində 17 məscid və 1 kilsə olmaqla 18 ibadət yerinin zərər gördüyü bildirilib.

Xatırladaq ki, oktyabrın 7-dən bu günə qədər Qəzzadan həyata keçirilən hücumlarda 306-sı əsgər olmaqla 1400 israillinin öldüyü, 4834 nəfərin yaralandığı açıqlanıb.

İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda isə 1524-ü uşaq olmaqla 4 min 137 adamın öldüyü, 13 mindən çox insanın isə yaralandığını bildirilib.

Həmçinin İsrailin hücumları nəticəsində 13 jurnalist həyatını itirib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR