İsrailin Fələstinlə bağlı gizli planı: Qəzzalıları Misirə köçürmək istəyir

İsrailin Fələstinlə bağlı gizli planı: Qəzzalıları Misirə köçürmək istəyir
DÜNYA
11:30 31.10.2023
172
Qəzzaya bombalar atan İsrailin Qəzzalılar üçün deportasiya planı gündəmə gəlib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İsrail hökumətinin hazırladığı gizli müharibə planı yüz minlərlə qəzzalının Misirə məcburi köçünü nəzərdə tutur.

Kəşfiyyat Nazirliyi 13 oktyabr tarixli təsdiq edilmiş sənədində mülki əhalinin Qəzzadan Misirə məcburi köçünün "müsbət və uzunmüddətli strateji nəticələrə səbəb olacağını" iddia edib.

Sənəddə Qəzza zolağında mülki reallıqda əhəmiyyətli dəyişiklik etmək üçün üç alternativ təklif edilir. Digər iki alternativ isə "Qərbi Şəriyədə yerləşən Fələstin Muxtariyyətinin Qəzzada yenidən hökmranlığı” və ya "yerli rejimi dəstəkləməkdir”. Bəzi səbəblərə görə bu plan qəbul edilməyib.
 
Sənəddə üçüncü alternativ olaraq Qəzzadakı mülki əhalinin Şimali Sinaydakı çadır şəhərciklərinə köçürülməsi, daha sonra daimi şəhərlər və qeyri-müəyyən humanitar yardım dəhlizinin tikintisi və köçkün fələstinlilərin ölkəyə girişinin qarşısını almaq üçün İsrail daxilində təhlükəsizlik zonasının yaradılması təklif edilir. Bu alternativin İsrailin təhlükəsizlik üçün ən çox arzulanan variant olduğu ifadə edilib.

Sənəddə iddia edilir ki, Misir, Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri bu planı maliyyə cəhətdən dəstəkləyəcək və ya köçkün fələstinliləri uzunmüddətli perspektivdə vətəndaş kimi qəbul edəcəklər və Kanadanın "tolerant” immiqrasiya təcrübələri də bu ölkəni potensial köçürmə halına gətirəcək.

Sənəddə həmçinin bu təklifin beynəlxalq legitimlik baxımından mürəkkəb ola biləcəyi etiraf edilib.

Fələstin administrasiyasının sözçüsü Nabil Əbu Rudeynə isə bütün bu planları məhv edəcəklərini bildirib: "Hər hansı bir şəkildə, hər hansı bir yerə köçün əleyhinəyik və bunu keçməsinə icazə verməyəcəyimiz qırmızı xətt kimi görürük. 1948-ci ildə baş verənlərin bir daha təkrarlanmasına imkan verməyəcəyik".

Rudeineh bəyan edib ki, kütləvi miqrasiya yeni müharibə elan etməyə bərabər olacaq.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR