İsrailin hərbi gəmiləri və tankları Qəzzanın cənubunu atəşə tutub

İsrailin hərbi gəmiləri və tankları Qəzzanın cənubunu atəşə tutub
DÜNYA
09:40 15.03.2025
118

İsrailin hərbi gəmiləri və tankları Qəzzanın cənubundakı Rəfah şəhərini atəşə tutub.

AZXREBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Qətərin "Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə Qəzza zolağının cənub sahillərində yerləşmiş İsrail hərbi gəmiləri Rəfahın sahilyanı hissəsi istiqamətində atəş açıb. Telekanal həmçinin İsrail tanklarının Rəfahı atəşə tutması barədə məlumatlar olduğunu bildirib.

Qeyd edək ki, martın 7-də Ynet portalı İsrail Müdafiə Qüvvələrinin (IDF) baş qərargah rəisi Eyal Zamirin Qəzza zolağına yeni hücum planını təsdiqlədiyini bildirib.

OXŞAR XƏBƏRLƏR