İsrailin hücumlarında 33 min fələstinli həlak olub

İsrailin hücumlarında 33 min fələstinli həlak olub
DÜNYA
12:58 06.04.2024
128
İsrail Birləşmiş Millətlər Təşkilatının atəşkəs qərarına baxmayaraq Qəzzaya hücumlarını davam etdirir.
 
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, oktyabrın 7-dən Qəzza zolağında öldürülən fələstinlilərin sayı 33 mini keçib.
 
Martın 25-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ramazan ayı ərzində atəşkəs haqqında qərar qəbul edib.

Lakin İsrail qərara əməl etməyib və hücumlarını davam etdirib.

2023-cü il oktyabrın 7-dən etibarən Qəzzada İsrail ordusu tərəfindən öldürülən fələstinlilərin sayı 33 mini keçib. 75 mindən çox insan yaralanıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR