İsrailin hücumu nəticəsində Qəzzada səhiyyə sistemi çökdü

İsrailin hücumu nəticəsində Qəzzada səhiyyə sistemi çökdü
DÜNYA
12:47 19.10.2023
147
İsrailin Qəzzaya xəstəxanaya etdiyi hücumla əlaqədər səhiyyə sistemi çöküb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Katibinin Humanitar Məsələlər və Təcili Yardım Koordinatoru Martin Qriffts dünən BMT Təhlükəsizlik Şurasındakı çıxışında deyib.

İclasda iştirak edən baş katibin müavini Martin Qriffits hücumla bağlı açıqlamasında deyib:
 
"Silahlı münaqişənin bütün tərəfləri mülki əhalini və mülki obyektləri qorumalı və onları hər hansı hücumdan qorumaq üçün daim qayğı göstərməlidir. Biz bunu demək olar ki, bütün münaqişələrdə müzakirə etmişik və bu da fərqli deyil.

Qriffits səhiyyənin çökməsi səbəbiylə təxliyə prosesinin mümkün olmadığını bəyan edib:
 
"Qəzzada çökmüş səhiyyə sisteminin qalan hissəsində təcili yardım, personal və tutum çatışmazlığı səbəbindən çox sayda insanın təxliyəsi üçün imkan olmayıb".
 
Köçkünlərin də xəstəxanaya sığındığını ifadə edən Qriffts bu insanların gedəcək başqa yerlərinin olmadığına diqqət çəkərək deyib:
 
"Onlarla tibb işçisi və baxıcı öz vəzifələrini yerinə yetirmək üçün xəstələri ilə birlikdə olmaq üçün fövqəladə, açıq desək, fövqəladə cəsarət və əzm nümayiş etdirdilər".
 
Qeyd edək ki, baş katibin müavini Qəzzada 3 mindən çox insanın öldüyünü, 12 min 500-dən çox insanın isə yaralandığını bildirib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR