İsrail ordusunun Livanın cənubundakı sərhəd bölgəsinə təşkil etdiyi hücumda 3 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat verib.
Bildirilib ki, ölkənin cənubundakı Alma əş-Şaab və Yarin şəhərlərinin ətrafı da İsrail artilleriyası tərəfindən vurulub.
Livandakı Hizbullah hərəkatı İsrailin şimalındakı 3 hərbi obyektin vurulduğunu açıqlayıb. Hizbullahın verdiyi açıqlamada İsrailin şimalındakı Əl-Manara bölgəsində əsgərlərin istifadə etdiyi binaların və Əl-Abbad hərbi mövqelərinin ətrafının raketlərlə hədəfə alındığı qeyd edilib.
Oksana