İsrailin Livanın cənub bölgələrinə endirdiyi hava zərbələri nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.
AZXEBER.COM xarici mətbuatına istinadən xəbər verir ki, Livan Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrail ordusunun Livanın cənub bölgələrinə qarşı hava hücumlarının davam etdiyi bildirilib.
Açıqlamada, cənubdakı Ayta əl-Şaab qəsəbəsində döyüş təyyarələrinin bombalanması nəticəsində 3 nəfərin həyatını itirdiyi, hücumlarda 1 Suriya vətəndaşının öldüyü, 1 nəfərin yaralandığı bildirilib.
İsrail ordusu bazar ertəsi, sentyabrın 23-dən Livanın cənub şəhərlərinə, həmçinin Bekaa və Baalbek bölgələrinə yüzlərlə hava zərbəsi endirib.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, bazar ertəsi günü İsrailin ölkəyə artan hava hücumları nəticəsində 654 nəfər ölüb.
Gülay