İsrail ordusunun Livanın cənubunda hərəkət edən məktəb avtobusuna təşkil etdiyi hava hücumunda 1 nəfərin öldüyü, 3 şagirdin isə yaralandığı bildirilib.
AZXEBER.COM xarrici mətbuata istinadən xəbər verir ki, İsrail ordusuna aid pilotsuz uçuş aparatları (PUA) Livanın cənubunda sərhəd xəttində yerləşən Nəbatiyyə-Kefr Decal avtomobil yolunda bir avtomobili hədəfə alıb.
Hücum zamanı idarə edərkən güllələnən avtomobilin sürücüsünün həyatını itirdiyi də məlum olub.
Yerli mediada vurulan avtomobillə bağlı paylaşılan görüntülərdə avtomobilin tamamilə yandığı, məktəb avtobusunun ön şüşəsinin qırıldığı görülüb.
İsrail ordusu və Livanın rəsmi orqanları hücumla bağlı hələlik açıqlama verməyib.
Mikayıl