İsrailin Qəzzaya hücumları nəticəsində indiyədək 1050 tibb işçisi həyatını itirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin rəsmisi Doktor Həcc İsrailin 7 oktyabrdan indiyədək davam edən hücumlarında 1050 tibb işçisinin şəhid olduğunu, 100-lərlə işçinin yaralanıb fəaliyyət qabiliyyətini itirdiyini, 310 tibb işçisinin isə İsrail tərəfindən həbs edildiyini bildirib.
Aylardır davam edən hücumlarda tibbi heyətin 70 faizini itirən Qəzzada xəstəxanaların qalan 30 faiz ilə xidmət göstərməyə çalışdıqlarını bildirən Həcc, dünya səhiyyə təşkilatlarından Qəzzaya yardım edilməsini istəyib.
Cəmalə