İsrail ordusunun Qəzza şəhərinin şərqində Əz-Zeytun məhəlləsində bir evə təşkil etdiyi hava hücumunda aralarında uşaqların da olduğu eyni ailədən 7 fələstinli ölüb, yaralananlar var.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrailin blokada altındakı Qəzza zolağına qarşı hava hücumları davam edir.
Fələstinin rəsmi agentliyi WAFA-nın xəbərində, İsrail təyyarələrinin Zeytun rayonunun Əskule bölgəsindəki Əl-Fəlah məktəbinin yaxınlığındakı Əl-Lövh ailəsinə məxsus yaşayış binasını hədəf aldığı bildirilib.
Xəbərdə hücum nəticəsində Naim Muhammed əl-Levh, həyat yoldaşı Suzan əl-Levh və uşaqları Əli, Muhammed, Kerem, Sema və Meysin həyatını itirdiyi, yaralananların olduğu bildirilib.
Ayşən