İsrailin Qəzzada düşərgəyə hücumu nəticəsində 10 nəfər həyatını itirdi

İsrailin Qəzzada düşərgəyə hücumu nəticəsində 10 nəfər həyatını itirdi
DÜNYA
10:22 25.06.2024
118
İsrailin Qəzza zolağının qərbində yerləşən Əl-Şati qaçqınlar düşərgəsinə hücumu nəticəsində 10 nəfər həyatını itirib. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, ölənlər içərisində HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin bacısı da olub. 

Şahidlərdən alınan məlumata görə, İsrail ordusuna aid təyyarələr Şati Qaçqınlar Düşərgəsində Haniyə ailəsinə məxsus evə hava hücumu həyata keçirib.  

Hücum zamanı ev tamamilə dağılıb və ən azı 10 ailə üzvü həyatını itirib. 

Hadisə nəticəsində yaralananlar da var.  

Oksana 
OXŞAR XƏBƏRLƏR