İsrailin Qəzzada quru əməliyyatına dəstəyi azalır

İsrailin Qəzzada quru əməliyyatına dəstəyi azalır
DÜNYA
12:56 27.10.2023
193
İsraildə keçirilən sorğuda Qəzzaya qarşı genişmiqyaslı quru əməliyyatının təxirə salınmasını dəstəkləyənlərin 49%-i məlum olub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsraildə keçirilən sorğuda respondentlərin demək olar ki, yarısı Qəzzaya qarşı genişmiqyaslı quru əməliyyatının təxirə salınmasını istəyib.

İsrailin "Maariv” qəzetində dərc olunan sorğuya görə, ordunun dərhal genişmiqyaslı quru əməliyyatına başlamasına ehtiyac olub-olmaması ilə bağlı suala israilli iştirakçıların 29%-i "hə”, 49%-i isə "gözləmək daha yaxşı olar” deyib. İştirakçıların 22%-i qərarsız qalıb.

Nəticələr göstərib ki, 200-ə yaxın girov saxlayan HƏMAS-a qarşı hazırlıq məqsədilə quru əməliyyatına dəstək azalıb. Qəzet qeyd edib ki, bu sorğunun nəticələri oktyabrın 19-da dərc edilən və böyük quru əməliyyatına 65% dəstək verən sorğu ilə ziddiyyət təşkil edir.

 
Ayşən
OXŞAR XƏBƏRLƏR