İsrailin Qəzzaya hücumları nəticəsində 56 fələstinli həlak olub

İsrailin Qəzzaya hücumları nəticəsində 56 fələstinli həlak olub
DÜNYA
09:23 18.07.2025
261
İyulun 17-də İsrailin Qəzza zolağına həyata keçirdiyi hücumlar nəticəsində azı 56 fələstinli həyatını itirib.

Bu barədə məlumatı Qətərin "Al Jazeera" telekanalı mənbələrə istinadla yayıb.

Məlumata görə, ölənlərin 40-dan çoxu anklavın şimalında qeydə alınıb. Onlardan 14-ü humanitar yardım nöqtəsində ərzaq almaq üçün növbə gözləyən mülki vətəndaşlar olub. Cənub bölgəsində isə qaçqın çadırlarının yerləşdiyi məktəbə edilən hücum nəticəsində 9 mülki şəxs həlak olub.

Müharibəyə başladığı gündən bəri ümumilikdə 58 667 fələstinli həyatını itirib, 139 974 nəfər isə yaralanıb.
 
/APA
OXŞAR XƏBƏRLƏR