İsrailin Qəzzaya hücumu nəticəsində 10 fələstinli həlak olub

İsrailin Qəzzaya hücumu nəticəsində 10 fələstinli həlak olub
DÜNYA
12:01 01.07.2025
224
İsrail ordusunun bu gün səhər saatlarından etibarən Qəzza Zolağına həyata keçirdiyi hücumlar nəticəsində, aralarında humanitar yardım gözləyən dinc sakinlərin də olduğu 10 fələstinli həyatını itirib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Səhiyyə mənbələri məlumat yayıb.
 
Məlumata görə, İsrail ordusunun Qəzza şəhərinin cənub-qərbində yerləşən Netzarim Dəhlizi bölgəsində yardım yük maşınlarını gözləyən fələstinliləri hədəf alması nəticəsində 3 nəfər ölüb, 15-dən çox şəxs yaralanıb. Yaralılar Qəzza şəhərinin cənubunda yerləşən Qüds Xəstəxanasına çatdırılıb.

Qəzzanın mərkəzində yerləşən Nusayrat Qaçqınlar Düşərgəsindəki Əl-Avda Xəstəxanasından alınan məlumata əsasən, İsrail ordusu Qəzza Vadisinin cənubundakı Salahəddin küçəsində də humanitar yardım gözləyən vətəndaşları hədəfə alıb. Həmin hücum nəticəsində 1 nəfər həyatını itirib, 10-u ağır olmaqla 50 nəfər yaralanıb.

Eyni zamanda, İsrailin Qəzza Zolağının mərkəzindəki Əz-Zəvayidə bölgəsində bir evi hədəf alması nəticəsində 6 fələstinli ölüb.

Görgü şahidlərinin verdiyi məlumata görə, İsrail ordusu Xan Yunis şəhərinin şərqində yerləşən Əl-Qarara qəsəbəsində yaşayış evlərini partladıb. Şahidlər həmçinin bildiriblər ki, İsrail ordusu Qəzza şəhərinin şərqində hava hücumlarını, artilleriya atəşini və yaşayış evlərinə yönəlmiş hücumları artırıb.
 
Oksana
OXŞAR XƏBƏRLƏR