İsrailin Sderot şəhəri atəşə məruz qalıb

İsrailin Sderot şəhəri atəşə məruz qalıb
DÜNYA
18:23 18.10.2023
164
Qəzza zolağında qərarlaşan HƏMAS döyüşçüləri İsrailin cənubunda yerləşən Sderot şəhərini və sərhəd kəndləri raket atəşinə tutublar.

Bu barədə İsrail mətbuatı xəbər yayıb.

Hələlik İsrail tərəfi raket hücumu nəticəsində zərər çəkən şəxslər və infrastruktur barədə məlumat yaymayıb.

Qeyd edək ki, İsrailin cənubunda yerləşən Sderot şəhəri Fələstin tərəfindən ən çox atəşə tutulan yaşayış məntəqələrindən biridir.
OXŞAR XƏBƏRLƏR