“İsrailin Sinvarı öldürməsindən sonra fələstinlilərə hücum etmək üçün heç bir səbəbi yoxdur”

DÜNYA
12:48 18.10.2024
111
"İsrailin Sinvarı öldürməsindən sonra Netanyahunun fələstinlilərə hücum etmək üçün heç bir səbəbi yoxdur”.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bu sözləri ABŞ senatoru Berni Sanders İsrailin HƏMAS lideri Yəhya Sinvarla bağlı açıqlama verərkən deyib.
 
İsrailin Qəzzaya humanitar yardımların daxil olmasını əngəlləmək və Qəzzada yaşayış məntəqələri, sağlamlıq mərkəzləri və infrastrukturu məhv etmək üçün artıq bir səbəbi olmadığını qeyd edən Sanders ABŞ-nin Netanyahunun ABŞ və beynəlxalq qanunları açıq şəkildə pozan siyasətlərini dəstəkləməyə davam etdiyini söylədi bunu etməməli olduğunu bildirib.

Qeyd edək ki, İsrail ordusu Qəzzanın cənubundakı hücumda Yəhya Sinvarın həyatını itirdiyini açıqlayıb, lakin HƏMAS rəsmi açıqlama verməyib.
 
Cəmalə
OXŞAR XƏBƏRLƏR