İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan Yunus şəhərinin müxtəlif bölgələrinə həyata keçirdiyi hava və artilleriya hücumları nəticəsində 20 fələstinli həlak olub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Əl-Əqsa televiziyasının Telegram hesabında açıqlama verilib.
Açıqlamaya əsasən, İsrail ordusunun döyüş təyyarələri və toplarla şəhərin şərqindəki kənd və qəsəbələri hədəfə aldığı hücumlarda 20 fələstinli həyatını itirib, çoxlu sayda fələstinli də yaralanıb.
Ölən və yaralanan fələstinli vətəndaşlar təcili yardım qrupları tərəfindən ətraf xəstəxanalara aparılıb.
Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsi səmasında İsrailin pilotsuz uçuş aparatlarının intensiv şəkildə uçuşu müşahidə olunub. İsrail qüvvələri Qəzzanın şimalındakı bölgələrə də hava zərbələri endirib.
Qəzzanın Səhiyyə Nazirliyi Xan Yunisdəki Nasser Xəstəxanasında yaralananlar və xəstələr üçün qan bağışlamaq çağırışı edib.
Qeyd edək ki, İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda 38 min 983 nəfər ölüb, 89 min 727 nəfər yaralanıb.
Oksana