İsrailin xarici işlər naziri Azərbaycana gəldi

İsrailin xarici işlər naziri Azərbaycana gəldi
SİYASƏT
17:32 18.04.2023
352
İsrailin xarici işlər naziri Eli Kohen Azərbaycanda səfərdədir.

Onu İsraildə fəaliyyət göstərən 20 şirkətinin təmsilçilərindən ibarət işgüzar nümayəndə heyəti müşayiət edir.

Səfər çərçivəsində İsrailin XİN başçısının aprelin 19-da Bakıda keçiriləcək Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komissiyasının növbəti iclasında iştirak edəcəyi, həmçinin ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR