İsrailin zərbələri nəticəsində Qəzzada azı 72 nəfər ölüb

İsrailin zərbələri nəticəsində Qəzzada azı 72 nəfər ölüb
DÜNYA
08:33 30.06.2025
120
İyunun 29-da İsrail Ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 72 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Bu barədə Qətərin "Al Jazeera" telekanalı tibbi mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, son gün ərzində Qəzza şəhərində 47 fələstinli İsrailin hücumunun qurbanı olub. Telekanal qeyd edib ki, mühasirəyə alınmış anklavda onsuz da fəlakətli humanitar vəziyyət hər gün pisləşdiyi üçün ölənlər arasında yardım paylama mərkəzlərində yemək axtaran insanlar da var.

Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək anklav ərazisinə kütləvi zərbələr endirib və yanvarda qəbul edilmiş atəşkəs rejimini pozub. İsrailin Baş naziri Benyamin Netanyahunun Dəftərxanası bunu Fələstinin radikal HƏMAS hərəkatının vasitəçilər və ABŞ Prezidentinin xüsusi elçisi Stiven Vitkoffun danışıqlar zamanı irəli sürdüyü təkliflərdən imtinası ilə izah edərək, bildirib ki, sektordakı əməliyyatın məqsədi bütün girovları azad etməkdir. Radikallar hərbi əməliyyatların yenidən başlamasında İsrail və ABŞ-ni günahlandırıblar.
 
/Report
OXŞAR XƏBƏRLƏR