İsrailinin qalmaqallı planı: Qəzzaya yəhudiləri yerləşdirək

İsrailinin qalmaqallı planı: Qəzzaya yəhudiləri yerləşdirək
DÜNYA
20:10 24.03.2024
136

Milli Təhlükəsizlik Komissiyasının sədri Foqel yəhudiləri Qəzza zolağının bütün şimalına yerləşdirməli olduqlarını bildirib.

AZXEBER.COM xəbər verir ki, Qəzzanı xarabalığa çevirən İsrail fələstinlilərin cənuba köç etmək məcburiyyətində qalmasından sonra bölgə ilə bağlı planlar qurmağa başlayıb. 

Qəzzaya yəhudilərin köçürülməsi ideyası Təl-Əvivdə yüksək səslə səsləndirilir. İsrail parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədri Tzvika Foqel fələstinlilərin könüllü köçünü təşviq etməyə çağırıb.

Onlar yəhudilərin Qəzzaya köçürülməsini istəyirlər. İfrat sağçı Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvirin rəhbərlik etdiyi Otzma Yehudit (Yəhudi Gücü) Partiyasından millət vəkili olan Foqel İsrail dövlət radiosuna açıqlama verib. 

"Yəhudilər Qəzza zolağının bütün şimalında məskunlaşdıqda İsrail müharibəni dayandırmalıdır", - Foqel bildirib. 

Ayşən

OXŞAR XƏBƏRLƏR