“İsraillə HƏMAS arasındakı müharibə artıq Livana keçib və daha da genişlənəcək”

“İsraillə HƏMAS arasındakı müharibə artıq Livana keçib və daha da genişlənəcək”
DÜNYA
18:08 13.11.2023
201
"İsraillə HƏMAS arasındakı müharibə daha da genişlənəcək”.

Bunu "Tasnim” agentliyinə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aerokosmik qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə deyib.

O söyləyib ki, İsrailin HƏMAS ilə münaqişəsi artıq Qəzza bölgəsindən kənara çıxıb: "Döyüşlər artıq Livan ərazisinə keçib və daha da genişlənəcək”.

HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyi barədə xəbərdarlıq edib.
 
///report
OXŞAR XƏBƏRLƏR