İsrailin Qəzzanı bombardman etməsi nəticəsində 2 uşağı və həyat yoldaşı həlak olan israilli məhbus İsrailin Baş naziri Benyamin Netanyahunu tənqid atəşinə tutub.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Yarden Bibas Netanyahunu tənqid edərək onu ailəsinin həlak olmasında günahlandırıb:
"Netanyahu, sən mənim ailəmi bombaladın. Həyat yoldaşımı və uşaqlarımı evlərinə qaytarmaq əvəzinə öldürdün. HƏMAS onların cəsədlərini götürüb İsraildə dəfn etməyi təklif etdi, amma sən rədd etdin".
Qəssam Briqadaları tərəfindən edilən açıqlamada İsrailə Kfir Bibas, Ariel Bibas və anaları Sherry Silverman Bibasın cənazələrinin təhvil verilməsinin təklif edildiyi ifadə edilərək, "İşğal hökuməti cənazələri qəbul etməkdən imtina edib.
Qəssam Briqadaları tərəfindən dünən verilən açıqlamada humanitar fasilədən əvvəl İsrailin Qəzza zolağında həyata keçirdiyi bombardmanda 3 israilli məhbusun öldüyü, məhbusların Sherry Silverman Bibas, Kfir Bibas və Ariel Bibas olduğu bildirilib.
Qeyd edək ki, İsrail və HƏMAS arasında toqquşmalarda 4 günlük "humanitar fasilə" ilə bağlı razılaşma noyabrın 24-də saat 07:00-da (GMT 08:00) qüvvəyə minib.
Bu çərçivədə Qəzzada olan 51 israilli və İsrail həbsxanalarında olan 150 fələstinli məhbus 4 gün müddətində qarşılıqlı olaraq sərbəst buraxılıb.
Qətərin vasitəçiliyi ilə əldə olunan razılaşma çərçivəsində "humanitar fasilə” və əsir mübadiləsi 2 gün daha uzadılıb.
Mikayıl