İsrailli nazir Hizbullah liderinin öldürülməsini belə qeyd etdi

DÜNYA
14:02 30.09.2024
128
İsrailin Livanın paytaxtı Beyrutda Hizbullah lideri Həsən Nəsrullahı öldürməsi Təl-Əvivdə böyük təntənəylə qeyd edilib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrailin milli təhlükəsizlik naziri Ben-Qvir Nəsrullahın ölümünü paxlava yeyərək qeyd edib.

İsrailli nazirin Nəsrullahın qətlini paxlava ilə qeyd etməsi ictimaiyyətdə geniş işıqlandırılıb.
 
İsrail ordusu sentyabrın 23-də Livanın cənub şəhərləri ilə yanaşı Bekaa və Baalbek bölgələrinə də yüzlərlə hava zərbəsi endirib.

Hizbullahın istifadə etdiyi rabitə vasitələrinin partladılması nəticəsində sentyabrın 17-dən bu yana 104-ü uşaq və 194-ü qadın olmaqla ümumilikdə 1052 nəfər ölüb.

Qeyd edək ki, Hizbullah lideri Həsən Nəsrullah sentyabrın 27-də İsrail ordusunun Beyruta endirdiyi hava zərbələri nəticəsində öldürülüb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR