İsrailli nazirdən atəşkəslə bağlı açıqlama: "ABŞ alnımıza silah dayadı"

DÜNYA
15:23 02.12.2024
149
"ABŞ rəhbərliyi alnımıza silah dayadı".
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu sözləri İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotrich deyib.
 
Qəzzada israilli məhbusların azad edilməsinə dair razılaşmanı dəstəklədiyini ifadə edən Smotriç məsuliyyətsiz bir razılaşma etməyəcəklərini bildirib.
 
Smotriç Qəzzanın daimi işğalını və orada yəhudilərin yerləşdirilməsi üçün qeyri-qanuni qəsəbələrin salınmasını dəstəklədiyini qeyd edib.

"İctimaiyyətə (atəşkəs üçün) açıqlanan diplomatik səbəblər var idi" - deyə Smotriç Livanda əldə edilən atəşkəsə toxunub.

Xatırladaq ki, noyabrın 27-də İsrail və Livan arasında atəşkəs elan edilib.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR