İsrailli tarixçi professor HƏMAS-ı dəstəklədiyi iddiası ilə dindirildi

İsrailli tarixçi professor HƏMAS-ı dəstəklədiyi iddiası ilə dindirildi
DÜNYA
14:55 16.05.2024
130
İsrailli tarixçi professor İlan Pappe HƏMAS tərəfdarı olduğu iddiası ilə dindirilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, o, sosial media hesabından verdiyi açıqlamada dindirmənin 2 saat davam etdiyini və müxtəlif sualların verildiyini bildirib.

Pappe hava limanında aparılan dindirmə ilə bağlı "Facebook” hesabında açıqlama verib.

Pappe Detroit Metropolitan Hava Limanına gəldiyi zaman iki FTB əməkdaşı tərəfindən 2 saat sorğu-sual edildiyini və sorğu-sual zamanı telefonunun ondan alındığını, verilən suallardan təəccübləndiyini bildirib.

O, açıqlamasında bildirib:

"Siz Həmas tərəfdarısınız? İsrailin Qəzzada soyqırım törətdiyini düşünürsünüz? Münaqişənin həlli nədir?", - deyə ona suallar ünvanlanıb.

Pappe qeyd edib ki, telefonundakı bütün məlumatlar oxunduqdan sonra ona getməyə icazə verilib.

Ayşən
OXŞAR XƏBƏRLƏR