“Donorlar” öz orqanlarını 10 min dollara satırdılar.
Mərkəzi vilayət prokurorluğu may ayının 13-də keçmiş SSRİ ölkələrində və Şərqi Avropada orqan alveri və qanunsuz transplantasiya ilə məşğul olan yeddi israilliyə qarşı ittiham irəli sürüb. Onların üçü rusdilli repatriantdır, onlar özlərini Ukraynada “ələ veriblər”.
Oxu.Az İzRus-a istinadən xəbər verir ki, yeddi fiqurantdan beşi 2012-ci ilin may ayının 12-də “Laxav 433” şöbəsinin müstəntiqləri tərəfindən saxlanılıb.
Polis onların adlarını açıqlayıb: Boris Volfman (31) Aşdoddan, Miryam Rabinoviç (67) Holondan, Aviqad Sandler (67) Petah-Tikvadan, Albert Mordexayev (40) Aşdoddan və Moşe Harel (65) Ramladan. İttiham edilən daha iki nəfər Roini Şimşiloşvili və Zaki Şapiro sonradan saxlanılıb.
İşin materiallarına müvafiq olaraq, orqanların köçürülməsi üzrə qanunsuz əməliyyatlar 2008-2014-cü illərdə Kosovo, Azərbaycan, Türkiyə və Şri-Lanka xəstəxanalarında yerinə yetirilirdi. Mordexayev və Şimşiloşvili Şri-Lankada və Türkiyədə fəaliyyət göstərirdilər, onlar Volfmanın göndərdiyi “donorları” qəbul edirdilər.
Rusiyada, Moldova, Qazaxıstan və MDB-nin digər ölkələrində, eləcə də Türkiyədə şəbəkənin tapdığı “Donorlar” öz orqanlarını 10 min dollara satırdılar. Köçürmə üçün “müştərilər” 100 min dollara yaxın pul ödəyirdilər.
Polisdə qeyd edildiyi kimi böyrək və başqa orqanlarını satan “donorlara” tibbi əməliyyatın nəticələri izah edilmirdi və lazımi qulluq göstərilmirdi.
İzRus portalının xəbər verdiyi kimi Ukraynada bu “qaratranspalntoloqlar” qrupunun işi ilə artıq 2010-cu ildən məşğul olurdular. Üç il öncə ona Kiyevin Obolen məhkəməsi baxırdı, bununla yanaşı, burada - Kiyevdə Şalimov klinikasının üç həkimi və 25 yaşlı “İsrail kəşfiyyatının kapitanı Yuri Katsman” da iştirak edirdi.