HƏMAS-ın əlində olan israilli girovların ailələri Netanyahudan ümidlərini itirib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, israilli ailələr qaçırılan qohumlarının xilas edilməsi üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.
İsrailin hücumları səbəbindən Qəzzada artıq heç bir yer təhlükəsiz deyil. İsrail ordusu girovları xilas etmək üçün qurudan girdiyi ərazidə böyük irəliləyiş əldə edə bilməyib.
Digər tərəfdən, HƏMAS-ın girovlarla bağlı danışıqları davam edərkən, İsrailin Netanyahuya inamı azalır. Belə olduğu üçün İsrail ailələri də həll yolu axtarmağa başlayıblar. İsraillilər prezident Ərdoğandan kömək istəyiblər.
İsraillilər məktubda Türkiyəni tərifləyib və qaçırılan ailə üzvlərinin sağlamlığından narahat olduqlarını da vurğulayıblar.
Ayşən