"Elə işsiz adam var ki, 300 manat maaşa işləmək istəmir" - Kamil onları tənqid etdi

"Elə işsiz adam var ki, 300 manat maaşa işləmək istəmir" - Kamil onları tənqid etdi
MAQAZİN
15:51 29.04.2025
197
İctimai fəal, idmançı Kamil Zeynallı ARB-də "Günə bax" verilişində qonaq olub.
 
AZXEBER.COM xəbər verir ki, Kamil işsizlikdən gileylənən gənclərdən danışıb.
 
O, bildirib ki, işsiz olmaqlarına baxmayaraq, az maaş qarşlığında işləmək istəməyən insanlar var:
 
"Bu gün Allaha şükür olsun ki, idman zalımdan pul qazana bilirəm. Əsas odur ki, harada pul qazanırsan qazan, halal qazan, kişi kimi qazan. Pul qazanmağın yolları çoxdur. Amma bu gün işləmək və pul qazanmaq istəməyən insanlar da var. Ətrafımdan da görürəm ki, çoxları hər şeyin rahat şəkildə gəlməsini gözləyir. Tanıdığım adam var ki, aylardır işləmir, yaxşı iş axtarır. Beş aydır işləməyən birinə 300 manatlıq iş çıxır, ona etiraz edir. Axı evdə oturanda kimsə sənə 5 manat pul vermir. Niyə oturub aylarla yaxşı iş gözləyirsən?.
 
Aysel
 

OXŞAR XƏBƏRLƏR