İşsizlərin NƏZƏRİNƏ: 30 mindən çox şəxs Özünəməşğulluğun Təşkili Proqramına cəlb olunacaq

İşsizlərin NƏZƏRİNƏ: 30 mindən çox şəxs Özünəməşğulluğun Təşkili Proqramına cəlb olunacaq
SOSİAL
22:33 13.01.2026
968
"30 mindən çox işsiz şəxsin Özünəməşğulluğun Təşkili Proqramına cəlb olunması nəzərdə tutulur".

AZXEBER.COM xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev AzTV-də yayımlanan "Hədəf" proqramında sualları cavablandırarkən deyib.

Nazir vurğulayıb ki, 2017-ci ildən etibarən 100 mindən çox işsiz şəxs Özünəməşğulluğun təşkili Proqramına cəlb olunub:

"Birinci Məşğulluğa Dəstək Proqramının icrası başa çatmaq üzrədir. Bu proqram çərçivəsində 26.7 min şəxs aktiv məşğulluq tədbirlərinə, yəni Özünəməşğulluğun Təşkili Proqramına cəlb olunub. İkinci proqram isə 2025-2029-cu illəri əhatə edəcək. Proqram çərçivəsində 30 mindən çox işsiz şəxsin Özünəməşğulluğun Təşkili Proqramına cəlb olunması nəzərdə tutulur".

OXŞAR XƏBƏRLƏR