İstanbul aeroportunda maraqlı hadisə: Sərnişin təyyarəsinin uçuşuna icazə verilmədi

İstanbul aeroportunda maraqlı hadisə: Sərnişin təyyarəsinin uçuşuna icazə verilmədi
DÜNYA
17:10 28.09.2026
227
İstanbul Hava Limanında İranın Caspian Airlines aviaşirkətinə məxsus sərnişin təyyarəsi məhkəmə qərarı ilə saxlanılıb.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, aviasiya sahəsində xidmət göstərən ACM Temsil Gözetim şirkəti Caspian Airlines-dan təxminən 3 milyon avro alacağını tələb edib. Şirkət borcunu ala bilmədiyi üçün məhkəməyə müraciət edib. Məhkəmənin şirkətin xeyrinə qərar verməsindən sonra təyyarənin saxlanılması ilə bağlı tədbir görülüb.

Uçuşa hazırlaşan təyyarəyə son anda icra məmurları və polis əməkdaşları daxil olub. Məhkəmə qərarı təqdim edildikdən sonra təyyarənin havaya qalxmasına icazə verilməyib.

Təyyarədəki sərnişinlər və baqajlar endirilərək terminala qaytarılıb.

Şahanə
OXŞAR XƏBƏRLƏR