İstanbul Aydın Universitetində "Demokratiyaya sahib çıx" toplantısı keçirilib

İstanbul Aydın Universitetində "Demokratiyaya sahib çıx" toplantısı keçirilib
DÜNYA
12:19 17.07.2016
1243
İstanbul Aydın Universitetində(İAU) Türk Silahlı Qüvvələri içərisindəki kiçik bir qrupun dünən Türkiyədə dövlətə qarşı qiyam cəhdini qınayan "Demokratiyaya sahib çıx" toplantısı keçirilib. Editor.az xəbər verir ki, toplantıya akademik və inzibati heyətlə yanaşı, çox sayda tələbə də qatılıb.Toplantıda çıxış edən İstanbul Aydın Universiteti Mütəvəlli Heyət Başçısı Dr.Mustafa Aydın qiyam cəhdini kəskin şəkildə pisləyib. O qeyd edib ki, bir ovuc quldurun dövlətə qiyam cəhdi və vətənə xəyanəti ən ağır formada cəzasını alacaqdır:" xəyanət hərəkəti ən ağır şəkildə əvəzini ödəyəcək: "Xalqı qorxu və xaos içində saxlamaq üçün atılan bu addımların fonunda bizlər daha da diqqətlin və məsuliyyətli olmalıyıq. Qorxu imperatorluğu qurmaq istəyənlərə fürsət verməməliyik"
OXŞAR XƏBƏRLƏR