Türkiyənin İstanbul Baş Polis İdarəsi (BPİ) mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirib və saxlanılanlar var.
Bu barədə İstanbul BPİ məlumat və video yayıb.
"Müxtəlif tarixlərdə cinayətkar qruplaşmalar adından hədə-qorxu gəldikləri və güllələmə cəhdində olduqları müəyyən edilən şübhəlilərə qarşı keçirilən əməliyyatda 7 şübhəli şəxs yaxalanaraq saxlanılıb", - paylaşımda bildirilib.
Qeyd olunub ki, cinayət şəbəkəsinin hər halqasını ifşa olunacaq, qruplaşmalara qarşı mübarizə davam etdiriləcək.
///report///











































