İstanbul derbisini "Fənər" qazandı

İDMAN
17:24 03.11.2014
1341
Türkiyə Super Liqasında növbəti İstanbul derbisi baş tutub. Bu gecə "Beşiktaş"la "Fənərbaxça" qarşılaşıb.
İlk İstanbul derbisində "Qalatasaray"a 1:2 hesabı ilə yenilən "Fənər" bu dəfə qələbə qazanıb - 2:0. Hesabı 3-cü dəqiqədə Emmanuel Emenike açıb.43-cü dəqiqədə qırmızı vərəqə alan Olcay Şahan qırmızı vərəqə alaraq "Beşiktaş"ı azlıqda qoyub.86-cı dəqiqədə isə Mussa Sov ikinci topu rəqib qapısından keçirib.Bu qələbədən sonra "Qalatasaray"la xallarını bərabərləşdirən (16) "Fənərbaxça" top fərqinə görə liderliyi ələ alıb. "Beşiktaş" isə 14 xalla 4-cü pillədə qərarlaşıb.
OXŞAR XƏBƏRLƏR