İstanbul-Kayseri təyyarəsində təhlükəli anlar yaşandı

İstanbul-Kayseri təyyarəsində təhlükəli anlar yaşandı
DÜNYA
14:05 02.02.2023
287

THY-nin İstanbul-Kayseri reysini həyata keçirən TK 2014 təyyarəsinin Kayseri Erkilet Hava Limanına enmək üzrə olduğu zaman təkərlərindən biri partlayıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, təkəri partlayaraq eniş etməyi bacaran təyyarə böyük təhlükə qarşısında qalıb, təcili yardım qrupları təyyarəyə dərhal müdaxilə edib.

Belə ki, İstanbul-Kayseri reysini həyata keçirən Türk Hava Yollarına məxsus TR - JYD nömrəli Boeing 737-900 tipli təyyarə böyük təhlükədən xilas olub. THY-nin təyyarəsi Kayseri Erkilet Hava Limanına eniş etmək istəyərkən sol eniş təkəri partlayıb. Təyyarəyə dərhal müdaxilə edilib.

Mikayıl

OXŞAR XƏBƏRLƏR