‘İstanbul terrorunda Azərbaycan vətəndaşının ölməsi və ya yaralanması faktı araşdırılır’ - XİN-dən AÇIQLAMA

‘İstanbul terrorunda Azərbaycan vətəndaşının ölməsi və ya yaralanması faktı araşdırılır’ -  XİN-dən AÇIQLAMA
SİYASƏT
13:46 07.06.2016
1006

Müvafiq orqanlara təlimat verilib.

Türkiyənin İstanbul şəhərində baş vermiş terror aktı zamanı Azərbaycan vətəndaşının ölməsi və ya yaralanması barədə KİV-də yayılan məlumat Azərbaycanın Türkiyədəki Səfirliyi və İstanbuldakı Baş Konsulluq tərəfindən Türkiyənin müvafiq orqanları vasitəsi ilə araşdırılır.

Bu barədəAzərbaycan Xarici İşlər Nazilriyinin mətbuat katibiHikmət Hacıyevbildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında İstanbulun Veznecilər məhəlləsində bir-birinin ardınca 2 partlayış baş verib. Hadisə nəticəsində 11 nəfərə ölüb, 36 nəfər yaralanıb. NTV kanalının məlumatına əsasən yaralananlardan biri Azərbaycan vətəndaşıdır.

OXŞAR XƏBƏRLƏR