İstanbula gələn təyyarədə qorxulu anlar: Uçuş ləğv edildi

İstanbula gələn təyyarədə qorxulu anlar: Uçuş ləğv edildi
DÜNYA
16:38 10.05.2022
469
Tel-Əviv-İstanbul təyyarə reysində qəribə hadisə baş verib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Anadolu Jet təyyarəsində baş verib.
 
Tel-Əviv-İstanbul reysi ilə havaya qalxmağa hazırlaşan təyyarənin sərnişinlərinin mobil telefonlarına qəzaya uğrayan təyyarənin fotoları göndərilib.
 
İsrailin Ben Qurion hava limanında havaya qalxmağa hazırlaşan təyyarədəki sərnişinlərin mobil telefonlarına qəzaya uğrayan təyyarənin fotoşəkilləri mesaj olaraq gəldiyi zaman panika yaşanıb. Hadisə səbəbindən 165 sərnişin olan təyyarənin uçuşu ləğv edilib. Bundan sonra təhlükəsizlik qrupu təyyarəyə baxış keçirib.
 
Olanlarla bağlı əlavə məlumat verilməyib.
 
Aydın Nuri 
OXŞAR XƏBƏRLƏR