İstanbulda 16 avtomobil toqquşub, xəsarət alanlar var

İstanbulda 16 avtomobil toqquşub, xəsarət alanlar var
DÜNYA
22:07 24.04.2022
470
Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonunda kütləvi qəza baş verib.

AZXEBER.COM bu barədə A Haber telekanalına istinadən xəbər verir.

Hadisə zamanı bir avtobus daxil olmaqla 16 avtomobil toqquşub.

Xəsarət alanların olduğu bildirilir.

İlkin məlumata görə, avtobusun əyləc sisteminin sıradan çıxması qəzaya səbəb olub.
OXŞAR XƏBƏRLƏR