İstanbulda Avropa Oyunlarına son hazırlıq işləri ilə bağlı növbəti yığıncaq keçirlib

İDMAN
10:34 02.04.2015
1221
Azərbaycan Milli Federasiyasında İstanbulda 50-ci Avropa çempionatının nəticələri və qarşıdakı Bakı 2015 1-ci Avropa Oyunlarına son hazırlıq işləri ilə bağlı növbəti yığıncaq keçirilib. 
 AZXEBER.COM xəbər verir ki, AMKF-n 1-ci vitse-prezidenti, Baş sponsor Azərbaycan Beynəlxalq Bankının rəsmi nümayəndəsi İlham Qasımzadə, vitse prezident Yusif Məmmədov, Baş katib Mir-Cabbar Seyidov, milli komandaların baş məşqçisi, məşqçilər komitəsinin sədri Rəhman Hətəmov, hakilər komitəsinin sədri 2 qızıl, 1 gümüş və komanda yarışlarında bürünc medal qazanan karateçilərimizin nəticəsini yüksək qiymətləndiriblər. 
Böyüklərdən ibarət milli komandanın iştirakı ilə yığıncaqda qarşıda daha məsul vəzifənin - Avropa Oyunlarında yüksək nəticə əldə etməyin vacibliyi bir daha diqqətə çatdırıldı. Bildirildi ki, oyunların ilk günlərində çıxış edən idmançılarımıza böyük ümidlər bəslənir və onlar öz növbəsində bu etimadı doğrultmalıdırlar.
 Yığıncağın sonunda milli komandamızın Avropa oyunlarına son hazırlıq dövrünə başladığı bildirilib. İdmançılarımız 2 aprel tarixindən Qəbələdə təlim məşqlərə başlayacaqlar. Ötən yarışlar analiz ediləcək, texniki-taktiki və fiziki hazırlıqlar üzərində işlər gücləndiriləcək. 
OXŞAR XƏBƏRLƏR