İstanbulda binada çatlar yarandı – FOTO

İstanbulda binada çatlar yarandı – FOTO
DÜNYA
14:49 03.03.2023
296
Qaziosmanpaşada bünövrə qazılarkən bitişik binanın divarlarında çatlar əmələ gəlib. 

AZXEBER.COM xəbər verir ki, bina boşaldılıb və möhürlənib.

Belə ki, Qaziosmanpaşa Yenimahalledə tikinti texnikası ilə bir tikintinin təməl qazıntısı aparılarkən, bitişik binanın bünövrəsində sürüşmə baş verib. Bu səbəbdən binanın divarlarında çatlar əmələ gəlib. Bina sakinləri tikinti şirkətinin rəsmilərinə zəng edərək vəziyyəti xəbər veriblər.

Bina boşaldılandan sonra polis əməkdaşları tərəfindən möhürlənib. Bina sakinləri gecələmək üçün qohumlarının evlərinə sığınıblar. Ehtiyat tədbiri olaraq boşaldılan binada iki gün ərzində genişmiqyaslı araşdırma aparılacağı öyrənilib. Tikinti şirkəti rəsmiləri ekspertizadan sonra bina üçün söküntü qərarının veriləcəyi təqdirdə vətəndaşların otelə yerləşdiriləcəyini bildiriblər.

Ayşən

 


OXŞAR XƏBƏRLƏR