İstanbulda çökən binanın sahibi saxlanıldı

İstanbulda çökən binanın sahibi saxlanıldı
DÜNYA
18:37 02.06.2024
190

İstanbulun Küçükçekmece rayonunda səhər saatlarında çölərək 1 nəfərin ölümü, 8 nəfərin yaralanması ilə nəticələnən 3 mərtəbəli binanın sahibi və birinci mərtəbədəki dönərxananın yiyəsi saxlanılıblar.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Həbslərin faciə ilə bağlı başladılan istintaq çərçivəsində həyata keçirildiyi qeyd olunub.

Qeyri-rəsmi məlumatlara görə, çökməyə səbəb məhz dönərxananın fəaliyyətinin yaşayış binasının təhlükəsizliyi normalarına uyğunsuzluğu səbəb olub. Bina sahibinin obyektdəki vəziyyətdən xəbərdar olub-olmadığı araşdırılır.

Xatırladaq ki, bu gün yerli vaxtla saat 08:40-da Türkiyənin İstanbul şəhərinin Küçükçekmece rayonunun Kartaltəpə məhəlləsində üçmərtəbəli bina çöküb. Hadisə nəticəsində 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

OXŞAR XƏBƏRLƏR