İstanbulda daha bir partlayış olub, xəsarət alanlar var

İstanbulda daha bir partlayış olub, xəsarət alanlar var
DÜNYA
23:57 16.11.2022
321
Çərşənbə günü Türkiyənin şimal-qərbində, İstanbul şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində azı 5 nəfər xəsarət alıb.

AZXEBER.COM xəbər verir ki, "Cumhuriyet” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Fatih rayonunda saat 21:00 radələrində baş verib. Partlayışın ilkin səbəbinin qaz sızması olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları və tibb işçiləri göndərilib.
OXŞAR XƏBƏRLƏR