İstanbul Ataköydə yerləşən məsciddə cənazə namazı qılanların üzərinə çadır düşüb.
Hadisə nəticəsində 2 nəfərin öldüyü, 23 nəfərin yaralandığı bildirilir. İlkin ehtimala görə, çadırın üzərinə çox miqdarda qar toplanması onun çökməsinə səbəb olub.
Hadisə yerinə çox sayda təcili tibbi yardım maşınları cəlb olunub. Dağıntılar altında kiminsə qala bilməsi ehtimalının nəzərə alaraq axtarış işləri davam edir.
///AzNews.az